Azərbaycanın Moskvadakı səfirliyinə Rusiya XİN-dən heç bir nota daxil olmayıb - RƏSMİ
Xarici siyasət
- 18 yanvar, 2019
- 05:03
Moskva. 18 yanvar. REPORT.AZ/ “Rusiya Xarici İşlər Nazirliyindən (XİN) Azərbaycanın Moskvadakı səfirliyinə heç bir nota daxil olmayıb”.
Bunu “Report”un Moskva bürosunun sorğusuna cavab olaraq Azərbaycanın Rusiyadakı səfirliyindən bildiriblər.
“Nota verilməyib. Sadəcə məlumat xarakterli yaddaş qeydi daxil olub. Hansı ki, rəsmi diplomatik yazışma hesab olunmur. Bu da Rusiyanın erməni mənşəli vətəndaşlarının Azərbaycan hava limanlarında və ya digər sərhəd keçid məntəqələrində gələcəkdə süni əngəllərlə rastlaşmamaları barədə məlumat xarakterli bir xahişdir”,- səfirlikdən bildiriblər.
Qeyd edək ki, son günlər Ermənistan mətbuatı Rusiya XİN-nin bu ölkədəki Azərbaycan səfirliyinə nota təqdim etməsi barədə xəbərlər yayıb.
İqbal Rüstəmov
Son xəbərlər
22:50
Türkiyədə maliyyə nazirinin istefa verdiyinə dair iddialar təkzib edilib
Region22:32
Foto
Şahbaz Şərif və Məsud Pezeşkian regiondakı vəziyyəti müzakirə ediblər
Digər ölkələr22:18
Zelenski: "Patriot" sistemləri üçün raketlər barədə razılaşdıq
Digər ölkələr22:06
ABŞ-də üç media qurumunun jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Digər ölkələr21:57
SEPAH: ABŞ ordusu İordaniyada gizlənməyə məcbur olub
Region21:44
Foto
Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub
Fərdi21:29
NATO kəşfiyyat məlumatlarının mübadiləsini artırır
Digər ölkələr21:20
Türkiyədə zəncirvari yol qəzasında 17 nəfər xəsarət alıb
Region21:06