Rusiya və Qazaxıstanın XİN başçıları Xəzər sammitinə hazırlıqları müzakirə ediblər

Xarici siyasət
  • 06 fevral, 2018
  • 11:33
Rusiya və Qazaxıstanın XİN başçıları Xəzər sammitinə hazırlıqları müzakirə ediblər

Bakı. 6 fevral. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın XİN başçısı Kayrat Abdraxmanovla V Xəzər sammitinə hazırlıqları müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda deyilir.

"2017-ci il dekabrın 4-5-də Moskvada keçirilən Xəzəryanı ölkələrin XİN başçıları Məşvərətində qəbul edilən qərarlara əsaslanaraq xarici işlər nazirləri Qazaxıstanda keçiriləcək V Xəzər sammitinə hazırlıqları müzakirə ediblər" - XİN-in məlumatında bildirilir.

Qeyd edək ki, daha öncə Rusiya prezidentinin Xəzəryanı ölkələrlə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov Xəzəryanı ölkələrin dövlət başçılarının görüşünün Astanada bu il martın sonunda keçirilə biləcəyini açıqlayıb.