Rusiya və İranın XİN başçıları Xəzər sammitinə hazırlıqları müzakirə edib

Xarici siyasət
  • 25 iyun, 2018
  • 11:12
Rusiya və İranın XİN başçıları Xəzər sammitinə hazırlıqları müzakirə edib

Bakı. 25 iyun. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın diplomatik orqanının məlumatında bildirilir.

Danışıq zamanı Tehranın nüvə proqramı üzrə sazişlə bağlı vəziyyət və beşinci Xəzər sammitinə hazırlıqlar müzakirə edilib.

Xatırladaq ki, Xəzər dənizinin hüquqi statusuna dair sammitin bu ilin ikinci yarısında Qazaxıstanın Aktau şəhərində keçirilməsi planlaşdırılır.

44 filmi