XİN: Rusiya Polad Bülbüloğlunun YUNESKO-nun baş direktorluğuna namizədliyini dəstəkləyir

Xarici siyasət
  • 04 oktyabr, 2017
  • 13:01
XİN: Rusiya Polad Bülbüloğlunun YUNESKO-nun baş direktorluğuna namizədliyini dəstəkləyir
Report

Bakı. 4 oktyabr. REPORT.AZ/ Rusiya Polad Bülbüloğlunun YUNESKO-nun baş direktorluğuna namizədliyini dəstəkləyir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirib.

“Seçkilər oktyabrın 9-da başlayacaq və bir neçə turdan ibarət olacaq. Biz Azərbaycana üstünlük verəcəyik. Sonrasına da şəraitə uyğun baxacağıq”, - o vurğulayıb.

Qeyd edək ki, P.Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə 9 namizəddən biridir. YUNESKO-nun baş direktoru İcraiyyə Şurasının tövsiyəsi ilə Baş Konfrans tərəfindən təyin edilir. Namizədlərlə İcraiyyə Şurasının 201-ci sessiyasında müsahibə keçirilib. Bu ilin oktyabrında keçiriləcək İcraiyyə Şurasının 202-ci sessiyasında gizli səsvermə olacaq. Yekun qərar isə noyabr ayında keçiriləcək YUNESKO-nun Baş Konfransının 39-cu sessiyasında qəbul ediləcək.