Rusiya Azərbaycandakı səfirini geri çağırıb
- 27 noyabr, 2017
- 12:49
Bakı. 27 noyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Vladimir Doroxini Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, müvafiq fərman rəsmi hüquqi informasiya internet portalında dərc edilib.
Qeyd edək ki, V.Doroxin Rusiya prezidentinin 2009-cu il 24 fevral tarixli fərmanı ilə ölkəsinin Azərbaycandakı səfiri postuna təyin edilmişdi.
Daha əvvəl "Report" Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin Georgi Zuyevin Rusiyanın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini dəstəklədiyini xəbər verib.
G.Zuyev hazırda Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini postunu tutur.