Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib

Xarici siyasət
  • 26 fevral, 2023
  • 18:22
Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib

Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolako fevralın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev, Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov, Azərbaycan-Rumıniya dostluq qrupunun rəhbəri Azay Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.