Rüfət Əliyev: Ukraynaya itkin düşən şəxslərlə bağlı genetik tədqiqatlar üçün metodiki köməklik göstərə bilərik

Xarici siyasət
  • 30 iyun, 2026
  • 11:31
Rüfət Əliyev: Ukraynaya itkin düşən şəxslərlə bağlı genetik tədqiqatlar üçün metodiki köməklik göstərə bilərik

Azərbaycan Ukraynaya itkin düşmüş şəxslərin axtarışında genetik tədqiqatların aparılması üçün metodiki köməklik göstərə bilər.

"Report" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-tibb baş idarəsinin rəisi, general-mayor Rüfət Əliyev "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda deyib.

O qeyd edib ki, bununla bağlı Ukrayna Səhiyyə Nazirliyi Azərbaycana müraciət edib:

"Ötən il itkin düşmüş şəxslərin axtarışında əməkdaşlıq üçün Ukrayna Səhiyyə Nazirliyinin müraciətinə cavab olaraq, genetik tədqiqatların aparılmasında metodiki köməklik göstərilməsi, mütəxəssislər üçün təlim və treninqlərin keçirilməsinin mümkünlüyü Ukrayna tərəfinə bildirilib".

General-mayor vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasında istifadə olunan müasir texnoloji avadanlıqlar, geniş təcrübə qazanmış mütəxəssislər və əldə olunan nəticələr itkin düşmüş şəxslərin axtarışı prosesində beynəlxalq əməkdaşlıq üçün geniş zəmin yaradıb.

44 filmi