Ruanda səfiri: Təzminatlar haqqında müzakirələr çox vaxt qütbləşir

Xarici siyasət
  • 21 avqust, 2026
  • 10:13
Ruanda səfiri: Təzminatlar haqqında müzakirələr çox vaxt qütbləşir

Təzminatlar haqqında müzakirələr çox vaxt qütbləşir. Əsas məsələ keçmişə kimin cavabdeh olduğu deyil, keçmişin təsirlərini necə aradan qaldırmaq olmalıdır.

"Report" xəbər verir ki, bu fikirləri Ruandanın iqamətgahı Ankarada olan Azərbaycan üzrə səfiri Çarlz Kayonqa Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili" mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, gələcək əməkdaşlığı təmin etmək üçün addımlar atılmalıdır:

"Müstəmləkəçilik sadəcə ərazilərin işğalı ilə məhdudlaşmayıb. O, institutlar yaradıb və həmin institutlar siyasi hakimiyyəti, sosial kimlikləri, iqtisadi quruluşu, eləcə də cəmiyyətə daxilolma və kənarlaşdırma modellərini formalaşdırıb.

Bu strukturlar müstəmləkəçiliyin bir çox formalarında özünü qoruyub saxlayıb və formal müstəmləkəçilik başa çatdıqdan onilliklər sonra belə idarəetməyə təsir göstərməkdə davam edir. Müstəmləkəçilik siyasi nəticələri mexaniki şəkildə müəyyən etməyib, lakin siyasi nəticələrin formalaşdığı strukturları yaradıb. Həqiqi dekolonizasiyaya nail olmaq və özümüzü bu prosesdən azad etmək üçün həmin strukturlara işıq salmaq lazımdır".

44 filmi