Rostov vilayəti Azərbaycanla əməkdaşlıq barədə saziş imzalamaq niyyətindədir

Xarici siyasət
  • 21 yanvar, 2016
  • 10:14
Rostov vilayəti Azərbaycanla əməkdaşlıq barədə saziş imzalamaq niyyətindədir

Bakı. 21 yanvar. REPORT.AZ/ Rusiyanın Rostov vilayəti Azərbaycanla qarşılıqlı əlaqə və əməkdaşlıq barədə saziş imzalamaq niyyətindədir.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət qubernatorunun müavini Mixail Çernışev regional hökumətin iclasında məlumat verib.

O bildirib ki, 2016-cı ildə Rostov regionu MDB ölkələriylə, eləcə də Makedoniya, Serbiya, Çin və İtaliyayla əməkdaşlığı genişləndirmək niyyətindədir.

M.Çernışevin sözlərinə görə, vilayətin 18 beynəlxalq və 70 regional müqaviləsi mövcuddur.