Rossbax siyasətçiləri mənzil problemlərinin həll yollarını daha yaxşı anlamağa çağırıb
- 21 may, 2026
- 14:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Mənzil təminatında ən vacib boşluqlardan biri texniki sahə ilə siyasi sahə arasındakı uçurumdur.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə" mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mənzil problemini aradan qaldırmaq üçün fərqli əməkdaşlıq modelinə ehtiyac var:
"Bacarıq və imkanların yenidən bölüşdürülməsi lazımdır. Başqa sözlə, biz yerlərdə çalışan insanlarla birlikdə işləməliyik. Ən vacib boşluqlardan biri texniki sahə ilə siyasi sahə arasındakı uçurumdur. Siyasətçilər problemlərin necə həll ediləcəyini daha yaxşı anlamalıdırlar".