Rossbax bərpa layihələrinin maliyyələşdirilməsində islahatlar aparmağa çağırıb

Xarici siyasət
  • 21 may, 2026
  • 10:51
Rossbax bərpa layihələrinin maliyyələşdirilməsində islahatlar aparmağa çağırıb

Mənzil yoxsulluğun aradan qaldırılmasında və uzunmüddətli iqtisadi rifahın formalaşdırılmasında həlledici rol oynayır.

"Report" xəbər verir ki, bu barədə UN-Habitatın rəhbəri Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Mənzil böhranının aradan qaldırılması və yenidənqurmanın əsası kimi" mövzusuna həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.

"Mənzil yoxsulluğun aradan qaldırılması və rifahın artmasının əsas şərtidir", - A.Rossbax vurğulayıb.

"Mənzil ötürülə bilən aktivdir, yoxsulluğun aradan qaldırılmasının və rifahın artmasının əsas şərtidir", - Rossbax vurğulayıb.

Onun sözlərinə görə, beynəlxalq inkişaf bankları yüksək risklərə görə böhranlı və postmünaqişə bölgələrində layihələrin maliyyələşdirilməsinə hələ də ehtiyatla yanaşırlar.

UN-Habitat-ın rəhbəri güzəştli maliyyələşdirmə mexanizmlərinin genişləndirilməsi və belə layihələr üçün investisiya risklərinin azaldılması da daxil olmaqla, beynəlxalq maliyyə arxitekturasına yanaşmaların yenidən nəzərdən keçirilməsinin zəruriliyini qeyd edib.

O, həmçinin bildirib ki, BMT sisteminin islahatları çərçivəsində mənzil məsələləri iqlim gündəmi və böhranlardan sonra bərpa ilə yanaşı, UN-Habitat-ın fəaliyyətinin üç əsas istiqamətinə daxil edilib.