Rikkardo Savilyano: Azərbaycan qlobal birliyə gələcəklə bağlı düşünməyə kömək edir
- 20 may, 2026
- 12:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bir neçə ildir, Azərbaycan hökuməti qlobal birliyə gələcəkdə işlərin necə qurulmalı olduğu barədə düşünməyə kömək edir.
"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənaye İnkişafı Təşkilatının (UNIDO) Enerji Sistemləri və Sənayenin Dekarbonizasiyası şöbəsinin rəhbəri Rikkardo Savilyano WUF13 çərçivəsində keçirilən "Şəhər-sənaye-iqlim qarşılıqlı əlaqəsində mənzil və binaların karbonsuzlaşdırılması" adlı tədbirdə deyib.
O, tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib:
"Burada olmaq mənim üçün bir zövqdür. Bizə burada çıxış etmək imkanı yaratdığı üçün Azərbaycan hökumətinə təşəkkür edirəm. Dünən bir binanın üzərində belə bir yazı görmüşdüm - "Azərbaycanda keçmişə hörmət edir, bu günü yaşayırlar". Bu, mənim çox xoşuma gəldi. Bunun bir şüar olub-olmadığını bilmirəm, amma mənə çox maraqlı gəldi. Artıq bir neçə ildir ki, Azərbaycan hökuməti qlobal birliyə gələcəkdə işlərin necə qurulmalı olduğu barədə düşünməyə kömək edir".
R.Savilyano əlavə edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası birliyi ilə əməkdaşlıq, hazırda Ümumdünya Şəhərsalma Forumu, COP29 çərçivəsindəki fəaliyyətlər və UN-Habitat (BMT-nin İnsan Məskənləri Proqramı) ilə əməkdaşlıq, bütün bunlar Azərbaycan hökumətinin bu işə sadiqliyinin göstəricisidir.