Rəvan Həsənov: “Yəhudilər min illərdir Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayırlar”

Xarici siyasət
  • 30 avqust, 2023
  • 07:33
Rəvan Həsənov: “Yəhudilər min illərdir Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayırlar”

“Azərbaycan ərazisində yaşayan yəhudilər min illərdir sülh və əmin-amanlıq şəraitində yaşayırlar”.

“Report” xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda mövcud olan zəngin yəhudi mədəni irsi belə dinc yanaşı yaşamanın nəticəsidir: "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əvvəlcə islamafobiya, daha sonra xristianların, indi isə yəhudilərin irsi ilə bağlı konfrans təşkil etməsi dövlətimizin siyasəti haqqında çox şey deyir. Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan multikulturalizm siyasətinə sadiqdir və bizim üçün başqa alternativ yoxdur”.

44 filmi