Rəşad Aslanov etimadnaməsinin surətini Türkiyə XİN-in rəsmisinə təqdim edib
- 18 avqust, 2026
- 18:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov etimadnaməsinin surətini Türkiyə Xarici İşlər Nazirliyinin Protokol Baş İdarəsinin baş direktor müavini Mustafa Cem Gündüzə təqdim edib.
"Report" xəbər verir ki, bu barədə diplomat "X" sosial media hesabında paylaşım edib.
"Bu gün etimadnaməmin surətini Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Protokol Baş İdarəsinin baş direktor müavini cənab Mustafa Cem Gündüzə təqdim etməkdən böyük məmnunluq duydum", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə iyulun 24-də R. Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılaraq, Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Bugün, Güven Mektubumun örneğini Türkiye Cumhuriyeti Dışişleri Bakanlığı Protokol Genel Müdür Yardımcısı Sayın Mustafa Cem Gündüz’e sunmaktan büyük memnuniyet duydum. 🇦🇿🇹🇷 pic.twitter.com/r1Ad7N7p23
— Rashad Aslanov (@rashadaslan) August 18, 2026