Rahmon: Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır

Xarici siyasət
  • 08 oktyabr, 2026
  • 11:22
Rahmon: Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır

Tacikistan, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri (C6) formatında sədrliyi dövründə Azərbaycana hərtərəfli dəstək göstərməyə hazırdır.

"Report"un Türkmənistana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rahmon Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

"Sədrliyin Azərbaycana keçməsi ilə əlaqədar sizi təbrik etmək və uğurlar arzulamaq istərdim. Sədrliyiniz dövründə işin təşkilində hərtərəfli dəstək göstərəcəyik", - Rahmon Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək deyib.