Randa Əl-Minşavi: Misir WUF13-də şəhər inkişafı sahəsində əlçatan tərəfdaşlığa çağırıb

Xarici siyasət
  • 17 may, 2026
  • 11:40
Randa Əl-Minşavi: Misir WUF13-də şəhər inkişafı sahəsində əlçatan tərəfdaşlığa çağırıb

Misir Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) nəticələri üzərində işləməyə və onları aralıq hesabata daxil etməyə hazır olduğunu bəyan edib.

"Report"un məlumatına görə, bunu Misirin mənzil tikintisi, kommunal təsərrüfat və şəhər inkişafı naziri Randa Əl-Minşavi forum çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında bildirib.

"Misir urbanistik inkişaf sahəsində mövcud çağırışları, o cümlədən mənzil dəyəri ilə əlçatanlığı arasındakı fərqi, qeyri-rəsmi yaşayış məntəqələri, həmçinin planlaşdırma və məlumat toplanmasında desentralizasiya ehtiyacını qəbul edir. Ayrıca, şəhərlər və idarəetmə sistemləri üçün əlavə çətinliklər yaradan iqlim dəyişikliyinin təsiri xüsusi vurğulanır", - o deyib.

Nazirin sözlərinə görə, bu baxımdan daha səmərəli mexanizmlərin işlənib hazırlanmasına, davamlı maliyyə alətlərinin gücləndirilməsinə və iqlim dəyişiklikləri nəzərə alınmaqla hər kəs üçün layiqli yaşayış şəraitinin təmin edilməsinə ehtiyac var:

"Misir həmçinin bu sessiyanın nəticələri üzərində işləməyə və onları aralıq hesabata daxil etməyə hazır olduğunu bildirir və heç kəsin geridə qalmaması üçün müvafiq qurumlar arasında əlçatan tərəfdaşlığın zəruriliyini bir daha vurğulayır".

44 filmi