Ramil Rzayev etimadnaməsini Filippin Prezidentinə təqdim edib
- 15 aprel, 2026
- 14:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayev etimadnaməsini Filippin Prezidenti kiçik Ferdinand Markosa təqdim edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İndoneziyadakı səfirliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
"Səfir bildirdi ki, Azərbaycan Filippinlə dostluq münasibətlərini yüksək qiymətləndirir və 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35 illiyi ərəfəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə ümid edir", - məlumatda qeyd olunub.
🇦🇿 Ambassador Ramil Rzayev presented his Letter of Credence to H.E. Mr. Ferdinand Marcos Jr., President of the Republic of the Philippines at Malacañang Palace. The Ambassador stated that Azerbaijan highly values its friendly ties with the 🇵🇭 and looks forward to expanding… pic.twitter.com/bkkI4TXmjm
— AzEmbIndonesia (@AzEmbIndonesia) April 15, 2026