Qvineya-Bisaunun xarici işlər naziri Ermənistanla sülh danışıqları barədə məlumatlandırılıb

Xarici siyasət
  • 02 dekabr, 2024
  • 09:15
Qvineya-Bisaunun xarici işlər naziri Ermənistanla sülh danışıqları barədə məlumatlandırılıb
Ceyhun Bayramov

Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira Azərbaycan-Ermənistan münasibətləri və sülh danışıqları prosesi barədə məlumatlandırılıb.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Karlos Pinto Pereira ilə birgə keçirilən mətbuat konfransında deyib.

Nazir diqqətə çatdırıb ki, qarşı tərəfə işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə də məlumat verilib.

44 filmi