Qulam İshaqzai: "Azərbaycanın COVID-19-a qarşı mübarizəsini dəstəkləyirik"

Xarici siyasət
  • 15 aprel, 2020
  • 11:03
Qulam İshaqzai: Azərbaycanın COVID-19-a qarşı mübarizəsini dəstəkləyirik
Qulam İshaqzai
Report

BMT və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndələri ÜST-nin regional ofisindəki altı ekspertlə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında  Operativ Qərargahın əməkdaşları arasında texniki tövsiyələr və məlumat mübadiləsi üçün videogörüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai “Twitter” hesabında yazıb.

Diplomat ÜST-nin bundan sonra da COVID-19 virusuna qarşı mübarizədə Azərbaycan hökumətinin səylərini dəstəkləyəcəyini qeyd edib.