Qlobal Tolerantlıq və Sülh Şurası Azərbaycandakı tolerant mühiti yüksək qiymətləndirir

Xarici siyasət
  • 29 oktyabr, 2025
  • 12:27
Qlobal Tolerantlıq və Sülh Şurası Azərbaycandakı tolerant mühiti yüksək qiymətləndirir

Qlobal Tolerantlıq və Sülh Şurası Azərbaycandakı tolerant mühiti yüksək qiymətləndirir.

"Report" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında Qlobal Tolerantlıq və Sülh Şurasının Prezidenti Əhməd Əlcərvan deyib.

Şura rəhbəri Milli Məclislə tərəfdaşlıq məsələlərinə toxunaraq bunu yüksək dəyərləndirib: "Biz parlamentlər səviyyəyəsində sülh mədəniyyətini yaymaq və formalaşdırmaq üçün bır sıra lazımi addımlar atmışıq. Əminik ki, bu səylərin faydasını yaxın gələcəkdə görmüş olacağıq".

O, Sülh Şurası ilə Azərbaycanın tərəfdaşlığının davamlı olacağına inamını ifadə edib: "Bizim tərəfdaşlığımız bəşəriyyətə sülh və əmin-amanlıq naminə xidmətlərini davam etdirəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti