Qırğız Respublikası parlamenti ölkənin Azərbaycandakı səfirinin namizədliyini təsdiq edib

Xarici siyasət
  • 29 dekabr, 2014
  • 06:40
Qırğız Respublikası parlamenti ölkənin Azərbaycandakı səfirinin namizədliyini təsdiq edib

Bakı. 29 dekabr. REPORT.AZ/ Qırğız Respublikası Joqorku Keneşin (parlament) xarici məsələlər üzrə komissiyası bugünkü iclasında ölkənin Azərbaycandakı səfiri vəzifəsində Ayciqit Buranovun namizədliyini təsdiqləyib. "Report" xəbər verir ki, qərar Qırğız Respublikası prezidenti Almazbek Atambayev tərəfindən müvafiq əmrin imzalanmasından sonra qüvvəyə minəcək. 

Ayciqit Buranov Qırğız Respublikasının Azərbaycandakı birinci səfiri olacaq. Hazırda o, Qırğız Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini tutur.  

44 filmi