Qazaxıstan XİN başçısının müavini Azərbaycana səfər edəcək

Xarici siyasət
  • 03 noyabr, 2014
  • 09:18
Qazaxıstan XİN başçısının müavini Azərbaycana səfər edəcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Qazaxıstanın xarici işlər nazirinin müavini Aleksey Volkov Azərbaycana səfər edəcək.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, A.Volkovun səfərinin məqsədi - Bakıda keçiriləcək Avropa qonşuluq siyasətinə həsr olunan yüksək səviyyədəki konfransda iştirak etməkdir.

Konfrans noyabr ayının 8-9-da Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi çərçivəsində keçiriləcək. 

A.Volkovun Azərbaycanın rəsmi şəxsləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. 

44 - Tezliklə