Qazaxıstan Türk dünyasının QHT şəbəkəsinin inkişafı ilə bağlı işləri davam etdirəcək

Xarici siyasət
  • 24 noyabr, 2025
  • 13:20
Qazaxıstan Türk dünyasının QHT şəbəkəsinin inkişafı ilə bağlı işləri davam etdirəcək

Qazaxıstan Türk dövlətlərinin qeyri-hökumət təşkilatlarının (QHT) güclü və vahid şəbəkəsinin formalaşmasında bundan sonra da fəal iştirak etmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın İnformasiya və Mədəniyyət Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədr müavini Janargul Aljanova Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin həmrəylik forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qeyri-hökumət təşkilatlarının müntəzəm görüşləri etimadın möhkəmləndirilməsində mühüm rol oynayır, eləcə də təcrübə mübadiləsi və birgə təşəbbüslərin başlanması üçün platforma yaradır.

"Şübhəsiz ki, ümumi inkişafımızın vacib elementi böyük infrastruktur layihəsi olan Zəngəzur dəhlizidir. Bu dəhliz Türk dövlətlərinin inteqrasiyası üçün yeni imkanlar açır. Qazaxıstan Türk dünyasının güclü QHT şəbəkəsinin formalaşmasına töhfə verməyə, praktik həllər işləyib hazırlamağa və ortaq gələcək naminə səyləri birləşdirməyə hazırdır. Əminəm ki, bu forum yeni layihələr üçün başlanğıc nöqtəsi olacaq, Türk dünyasının qarşılıqlı əlaqələrini gücləndirəcək və xalqlarımıza real fayda gətirəcək", - J.Aljanova vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti