Qazaxıstan səfiri Bakı Beynəlxalq Limanının fəaliyyəti ilə tanış olub

Xarici siyasət
  • 15 noyabr, 2019
  • 13:03
Qazaxıstan səfiri Bakı Beynəlxalq Limanının fəaliyyəti ilə tanış olub

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət edib.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər zamanı Limanın Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zaur Həsənov səfirə Bakı limanının cari fəaliyyəti, iş prinsipləri və əməliyyat imkanlarının yaxşılaşdırılması və ətraf mühitin qorunması sahəsində davam edən layihələr barədə məlumat verib.

Tərəflər həmçinin Qazaxıstan və Azərbaycanın tranzit və nəqliyyat potensialını inkişaf etdirmək səylərini, iki ölkənin yükdaşınması və tranzit imkanlarını artırmaq məqsədi ilə dəniz limanları arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

S.Abdıkarimov Limanda yaradılan infrastrukturla da tanış olub.