Qazaxıstan nümayəndəsi: Asiya ölkələri geosiyasi risklərə qarşı əməkdaşlığı gücləndirməlidirlər

Xarici siyasət
  • 09 sentyabr, 2025
  • 15:21
Qazaxıstan nümayəndəsi: Asiya ölkələri geosiyasi risklərə qarşı əməkdaşlığı gücləndirməlidirlər

Asiya ölkələri geosiyasi risklərə qarşı əməkdaşılığı gücləndirməlidirlər.

"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidentinin yanında Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun Beynəlxalq Təhlükəsizlik Şöbəsinin müdiri Dauren Aben Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun on üçüncü sessiyasında deyib. 

Onun sözlərinə görə, rəqəmsallaşma və yaşıl transformasiya regional təchizat zəncirlərində yenilənmədə böyük rol oynayır:

"Karbon istehsal edən təchizat zəncirləri də diqqət mərkəzindədir. Bu elə bir məsələdir ki, burada məlumatların düzgün ötürülməsi çox önəmlidir. Süni intellekt bu məsələdə kömək edə bilər".

D.Aben bildirib ki, geosiyasi riskləri diqqətdən qaçırmaq olmaz:

"Bu risklərlə mübarizədə Asiya ölkələri əməkdaşılığı gücləndirməlidir, çox sayda yeni dəhlizlər qurulmalıdır. Bu həm də Asiyanın qlobal iqtisadiyyatda təsirini artırmaq üçün strateji yol xəritəsi rolunu oynayır".