Prezidentin köməkçisi: Ermənistanın silahlandırılması regionda parçalanmanın yeni elementi ola bilər

Xarici siyasət
  • 13 mart, 2025
  • 13:12
Prezidentin köməkçisi: Ermənistanın silahlandırılması regionda parçalanmanın yeni elementi ola bilər
Hikmət Hacıyev

Ermənistanın silahlandırılması regionda parçalanmanın yeni elementi ola bilər.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 13-də XII Qlobal Bakı Forumunda deyib.

O daha sonra ölkələrarası əlaqələrdən söz açaraq qeyd edib ki, Azərbaycanın çoxtərəfliliyə əsaslanan yanaşması mövcuddur:

“Çoxtərəflilik baxımından, Azərbaycanda biz həm də çoxdinlik konsepsiyası seçir, müəyyən tədbirlərlə regionları birləşdiririk. Həmfikir olan ölkələri dəyərlər ətrafında birləşdirməyə çalışırıq”.