Prezident İlham Əliyevin adından Donald Tuskun şərəfinə rəsmi nahar verilib - FOTO

Xarici siyasət
  • 22 iyul, 2015
  • 12:33
Prezident İlham Əliyevin adından Donald Tuskun şərəfinə rəsmi nahar verilib - FOTO

Bakı. 22 iyul. REPORT.AZ/ İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkədə rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun şərəfinə rəsmi nahar verilib. “Report”un xəbərinə görə, naharda hər iki prezidentlə yanaşı, D.Tuskun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri və Azərbaycanın dövlət rəsmiləri iştirak edib.