​Prezident İlham Əliyev NATO sammiti iştirakçılarının şərəfinə verilən naharda iştirak edib

Xarici siyasət
  • 08 iyul, 2016
  • 21:27
​Prezident İlham Əliyev NATO sammiti iştirakçılarının şərəfinə verilən naharda iştirak edib

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev, digər dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və NATO-nun rəsmiləri onların şərəfinə verilən naharda iştirak ediblər.

"Report" xəbər verir ki, iyulun 8-də Varşavada Polşa Respublikasının Baş naziri xanım Beata Şidlo tərəfindən NATO Sammiti iştirakçılarının şərəfinə nahar verilib.

Baş nazir xanım Beata Şidlo naharda iştirak edən qonaqları qarşılayıb.

Sonra birgə foto çəkdirilib.