Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib

Xarici siyasət
  • 20 sentyabr, 2016
  • 06:46
Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib.

“Report”un xəbərinə görə, görüşdə korrupsiya halları ilə mübarizənin önəmi qeyd edilib, avropalı qonaqlar bu sahədə Azərbaycanda həyata keçirilən tədbirlərə, o cümlədən “ASAN xidmət”in fəaliyyətinə böyük maraq göstərdiklərini deyiblər.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.