Prezident COVID-19-a qarşı peyvəndin qeydiyyatına görə Putini təbrik edib

Xarici siyasət
  • 13 avqust, 2020
  • 07:27
Prezident COVID-19-a qarşı peyvəndin qeydiyyatına görə Putini təbrik edib
İlham Əliyev

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edən zaman bu ölkənin COVID-19-a qarşı peyvəndi qeydiyyata alması məsələsi barədə də danışılıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. 

Telefon söhbəti zamanı Prezident İlham Əliyev Vladimir Putini Rusiyada COVID-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik edib.

44 - Tezliklə