​Prezident Azərbaycanla ABŞ arasında hava nəqliyyatı haqqında Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb

Xarici siyasət
  • 02 iyun, 2016
  • 12:45
​Prezident Azərbaycanla ABŞ arasında hava nəqliyyatı haqqında Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb

Bakı. 2 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

“Report” xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” 2016-cı il aprelin 6-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.