Polşa baş nazirinin müavini Azərbaycana gəlib
Xarici siyasət
- 14 dekabr, 2014
- 17:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 dekabr. REPORT.AZ/ Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski Azərbaycana rəsmi səfərə gəlib. "Report" xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onu Azərbaycanın yüksəkvəzifəli rəsmi şəxsləri qarşılayıb.
Y.Pexoçinski ilə birgə Azərbaycana polşalı iş adamlarından ibarət geniş nümayəndə heyəti gəlib.
Səfərin əsas məqsədi Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının 6-cı iclasında iştirak etməkdir. Azərbaycan tərəfindən komissiyanın həmsədri energetika naziri Natiq Əliyevdir.
İclasda iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.
Заместитель премьер-министра Польши прибыл в Азербайджан
Vice-premier of Poland Janusz Piechocinski arrives in Azerbaijan
Son xəbərlər
00:41
Parisin təkcə bir regionunda etirazlar zamanı dəyən ziyan 8,5 milyon avroya çatıb
Digər ölkələr
00:08
Monteneqro Aİ-yə üzvlük danışıqları çərçivəsində daha üç fəsli müvəqqəti bağlayıb
Digər ölkələr
23:46
Ər-Riyad üzərində husilərin atdığı raket ələ keçirilib
Digər ölkələr
23:14
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Region
22:56
Video
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Xarici siyasət
22:52
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub
Digər ölkələr
22:37
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Fərdi
22:35
Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır
Region
22:20
İsrailin şimalında baş verən partlayışda yaralananlardan biri ölüb - YENİLƏNİB
Digər ölkələr