Polşa-Azərbaycan layihəsi çərçivəsində müharibədən zərər çəkmiş 2 mindən çox şəxsə yardım göstərilib

Xarici siyasət
  • 04 noyabr, 2022
  • 08:13
Polşa-Azərbaycan layihəsi çərçivəsində müharibədən zərər çəkmiş 2 mindən çox şəxsə yardım göstərilib

“Biz kömək etmək üçün buradayıq” (“We are here to help”) Polşa-Azərbaycan layihəsi çərçivəsində 2000-dən çox azərbaycanlı veterana, onların ailələrinə və hərbi əməliyyatların nəticələrindən zərər çəkmiş digər şəxslərə müxtəlif növ yardımlar göstərilib.

Polşanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, Bakıda ADRA Polşa və ADRA Azərbaycan fondları tərəfindən Polşa Xarici İşlər Nazirliyinin Polşanın inkişaf əməkdaşlığı proqramı - Polşa Yardımı çərçivəsində 2021-2022-ci illərdə həyata keçirilmiş layihəyə yekun vuran konfrans keçirilib.

“Layihənin məqsədi mülki əhaliyə və hərbi əməliyyatlardan zərər çəkmiş insanlara dəstək olmaq idi. Reabilitasiya, psixoterapiya, fizioterapiya, əmək terapiyası, nitq və nitq patologiyası, davranış terapiyası və koqnitiv terapiya, tibb işçiləri üçün təlimlərin daxil edildiyi layihə zərərçəkmişlərə müharibə travmasından azad olmağa kömək edib. Zərərçəkmişlərin həyat keyfiyyətini və rifahını yaxşılaşdırmaq, həmçinin fiziki və ruhi ağrıları azaltmaq və daha yaxşı sabaha inamı bərpa etmək planlaşdırılırdı”, - səfirlikdən bildirilib

Yekun konfransda layihəni dəstəkləyən qurumların (Azərbaycanın Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nizami, Xəzər və Pirallahı Rayonlarının İcra hakimiyyətləri, Polşa Respublikasının Bakıdakı səfirliyi) və onun həyata keçirilməsində iştirak edən tibb müəssisələrinin (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Suraxanı Reabilitasiya Mərkəzi) nümayəndələri iştirak ediblər.

44 filmi