Politoloq: “Fransa hakimiyyəti korsikalılara öz dillərində danışmağa qadağa qoymaqla rəzil duruma düşüb”

Xarici siyasət
  • 13 mart, 2023
  • 13:59
Politoloq: “Fransa hakimiyyəti korsikalılara öz dillərində danışmağa qadağa qoymaqla rəzil duruma düşüb”

“Fransa hakimiyyəti elə bir rəzil duruma düşüb ki, onlar kiçik bir xalq olan və hər zaman orada yaşayan korsikalılara öz dillərində danışmağa qadağa qoyub”.

Bu fikirləri “Report”a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, bu, bir ölkə üçün rüsvayedici haldır:

“Fransa özünü liberal dəyərlərin, insan haqlarının, demokratiyanın carçısı sayır. O, Avropa İttifaqının aparıcı iki ölkəsindən biri hesab olunsa da, bu ölkə xalqlara qarşı kolonist və aqressiv siyasətinə davam edir. Afrika ölkələrini hələ də müstəmləkə obrazında tanıyan Fransa öz yaxınlığında yerləşən xalqlara və etnik qruplara qarşı da amansız siyasəti ilə seçilir”.

“Korsikalıların öz ana dillərində danışmaq hüquqları var. Fransa hökumətinin burada repressiya həyata keçirməsinə, korsikalıları öz dilləri, tarixləri, mədəniyyətlərindən uzaqlaşdırmağa hesablanmış addımlarına görə dünya ictimaiyyəti qarşısında cavab verməlidir. Məsələ o həddə çatıb ki, artıq BMT-nin nümayəndəsi tərəfindən Fransanın bu hüquq pozuntusu dilə gətirilib. Hesab edirəm ki, bu məsələ BMT-də daha üst qurumlara çıxarılmalıdır. Yaxşı olar ki, Fransa ona aidiyyəti olmayan Qarabağdakı məsələlərə qarışmasın, sadəcə öz ətrafındakı məsələlərə fokuslansın” - o, vurğulayıb.

Z.Məmmədov qeyd edib ki, Azərbaycanı erməniləri “soyqırımı”na məruz qoymaqda günahlandıran Fransa ölkədə yaşayan bütün etnik qrupların dilinə və mədəniyyətinə hörmətlə yanaşan rəsmi Bakıya dil uzatmaqdansa, öz atdığı addımlar barədə düşünməlidir:

“Dünya ictimaiyyəti, BMT TŞ, eyni zamanda Avropa İttifaqı və aidiyyəti qurumlar Korsika dilinə Fransa tərəfindən qadağa qoyulması ilə bağlı məsələni qaldırmalıdırlar. Əgər sözügedən təşkilatlar bu məsələdə mövqe bildirməyəcəklərsə, onda başqa ölkələrə qarşı ikili standartlardan çıxış etməyə haqları yoxdur”.

44 filmi