Politoloq: "Böyük tərəfdaşlarımızın pandemiyadan necə çıxacaqları mühümdür"

Xarici siyasət
  • 25 iyun, 2020
  • 08:18
Politoloq: Böyük tərəfdaşlarımızın pandemiyadan necə çıxacaqları mühümdür
Report

“Pandemiya başladığı vaxtdan ölkələrimiz ciddi təhlükələrlə üzləşdi. Koronavirus həm ayrı-ayrı sahələrin problemlərini, həm də yeni imkanları üzə çıxartdı”.

“Report” xəbər verir ki, bu barədə “Pandemiyadan sonrakı dövrdə Azərbaycan – Belarus münasibətləri” mövzusundakı vebinarda politoloq, deputat Rasim Musabəyov bildirib.

“Bu pandemiyadan Rusiya, Avropa və s. böyük tərəfdaşlarımızın necə çıxacağı bizim üçün əhəmiyyətlidir. Azərbaycan çoxdandır Belarusu onun olmadığı təşkilatlarda dəstəkləyir, Belarus da Azərbaycanı. Aramızdakı əməkdaşlıq bir çox istiqamətlərdə inkişaf edir. Məsələn, Azərbaycan neftinin bu yaxınlarda Belarusa idxalı qarşılıqlı fayda verdi, ölkələrimiz arasındakı ticarət əlaqələrini daha da şaxələndirir”, - o deyib.

44 - Tezliklə