Peter Pelleqrini: Azərbaycan regionda xüsusilə mühüm rol oynayır

Xarici siyasət
  • 14 iyul, 2026
  • 11:10
Peter Pelleqrini: Azərbaycan regionda xüsusilə mühüm rol oynayır

Azərbaycan regionda xüsusilə mühüm rol oynayır.

"Report" xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Slovakiya öz tərəfdaşları ilə səmimi əməkdaşlıq qurmaq niyyətindədir:

"Mən şadam ki, Azərbaycan da bu tərəfdaşlardandır. Azərbaycan nəqliyyat qovşaqlarının birləşdiyi ölkədir. Azərbaycan bu regionda mühüm rol oynayır. Azərbaycan enerji böhranı başlayan kimi təbii qaz ehtiyatlarından Slovakiya üçün ayırdı. Bu, Slovakiya üçün xilasedici bir məqam oldu".

Peter Pelleqrini gələcəkdə iki ölkə arasında əməkdaşlığın daha da güclənəcəyinə ümidvar olduğunu bildirib:

"Bu ilin oktyabr ayından etibarən iki ölkə arasında birbaşa hava əlaqəsi yaradılacaq. Bu, bir daha ölkələrimizi yaxınlaşdıracaq. Hazırda universitetlər səviyyəsində, işgüzar dairələrdə əməkdaşlıq artır. Bu gün nümayəndə heyətimizdə iqtisadiyyat naziri də var. Sabah müxtəlif görüşlər olacaq və yeni imkanlar yaranacaq".

44 filmi