Pakistanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib

Xarici siyasət
  • 15 iyun, 2023
  • 06:38
Pakistanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Fəxri xiyabana gəlib.

"Report" xəbər verir ki, Məhəmməd Şahbaz Şərif xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.