Pakistan TV-nin rəhbəri Bakıda D-8 Media Mükəmməlliyi Mərkəzinin yaradılmasını dəstəkləyib

Xarici siyasət
  • 21 noyabr, 2025
  • 16:44
Pakistan TV-nin rəhbəri Bakıda D-8 Media Mükəmməlliyi Mərkəzinin yaradılmasını dəstəkləyib

Bakıda D-8 Media Mükəmməlliyi Mərkəzinin yaradılması zəruri və vaxtında olan təşəbbüsdür.

"Report"un məlumatına görə, bunu Bakıda D-8 media forumunda Pakistan TV kanalının rəhbəri Adil Şahzeb bildirib.

O vurğulayıb ki, D-8-ə yeni qoşulan Azərbaycan Pakistanda dərin hörmətə malikdir və iki ölkə arasında sıx dostluq əlaqələri və ortaq dəyərlər mövcuddur.

"Mən Bakıda D-8 Media Mükəmməlliyi Mərkəzinin yaradılması təşəbbüsünü tam dəstəkləyirəm. Media sahəsində iyirmi ildən çox təcrübəyə malik bir insan kimi, mən belə zəruri bir layihənin meydana gəlməsindən səmimiyyətlə şadam", - deyə Adil Şahzeb qeyd edib.

Pakistan TV-nin rəhbəri bildirdi ki, müasir çağırışlar strateji kommunikasiyaları və böhran idarəetməsini milli təhlükəsizlik, ictimai diplomatiya və effektiv media idarəetməsinin əsas elementlərinə çevirir.

"Son altı ayda hər bir pakistanlı jurnalist faktiki olaraq strateji kommunikasiya sahəsində böhran idarəetməsi üzrə ekspertə çevrilib. Məlumatın ön planda olduğu bir dünyada bu gün diqqət mərkəzində olan bu sahədə bu paneldə çıxış etmək mənim üçün şərəfdir", - deyə o, əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti