Özbəkistan Prezidenti “Turk trade” platformasının yaradılmasını təklif edir
- 21 may, 2025
- 13:19
Yeniliklərdən dərhal xəbərdar olun!
“Turk trade” platformasının yaradılması təklif olunub.
“Report”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu təkliflə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşü çıxış edib.
Dövlət başçısı TDT-nin iqtisadi inkişafı istiqamətində atılmalı olan addımlardan danışıb:
“Özbəkistan “Turk trade” platformasının yaradılmasını təklif edir. Biz həmçinin birgə investisiya proqramı həyata keçirməliyik”.
Ş.Mirziyoyev həmçinin bildirib ki, Özbəkistan Rusiya-Ukrayna müharibəsinin dialoq yolu ilə həllini dəstəkləyir:
"Türkiyənin Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində göstərdiyi səylər yüksək qiymətləndirilməlidir".