Özbəkistan Prezidenti iqlim sammitində iştirak etmək üçün Azərbaycana gəlib

Xarici siyasət
  • 11 noyabr, 2024
  • 18:06
Özbəkistan Prezidenti iqlim sammitində iştirak etmək üçün Azərbaycana gəlib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və digər rəsmi şəxslər qarşılayıblar.

44 - Tezliklə