Orxan Əliyev: Məcburi köçkün olan ukraynalılar üçün mənzil təminatı sistemli yanaşma tələb edir
- 21 may, 2026
- 17:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynada məcburi köçkünlər üçün əlçatan kirayə mənzillərin yaradılması layihəsi birdəfəlik icradan qanunvericilik, maliyyələşmə və institusional idarəetməni əhatə edən tamhüquqlu mənzil sisteminə keçidi tələb edir.
"Report" xəbər verir ki, bu barədə "Habitat for Humanity International" təşkilatının Ukraynadakı layihə rəhbəri Orxan Əliyev WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, milli mənzil siyasətinə və dayanıqlı istismar modelinə inteqrasiya olunmadan bu cür təşəbbüslərin icrası qeyri-mümkündür.
"Əgər layihə bütöv bir mənzil sisteminin – siyasətin, qanunvericiliyin, bələdiyyə mexanizmlərinin və maliyyə arxitekturasının bir hissəsinə çevrilmirsə, o, sadəcə layihə olaraq qalır", - o bildirib.
O. Əliyev vurğulayıb ki, layihənin miqyasının genişləndirilməsi yalnız qanunvericilik islahatları da daxil olmaqla, yerli icmalar və milli institutlar səviyyəsində eyni vaxtda iş aparıldığı təqdirdə mümkündür.