Oman Sultanlığı Azərbaycanda səfirlik açacaq

Xarici siyasət
  • 24 noyabr, 2025
  • 11:37
Oman Sultanlığı Azərbaycanda səfirlik açacaq

Oman Sultanlığı Azərbaycanın paytaxtı Bakı şəhərində səfirlik açmağa hazırlaşır.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Omanın Azərbaycan və Türkiyə üzrə qeyri-rezident səfiri Saif Raşid əl-Cavari Ankarada Omanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Səfir bildirib ki, Azərbaycan və Oman müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir:

"Münasibətlərimiz beynəlxalq təşkilatlar çərçivəsində bütün sahələrdə yüksək səviyyədə inkişaf edir".

Səfir iki ölkə arasındakı münasibətlərin də inkişaf etdiyinə diqqət çəkib:

"Bu yaxınlarda Azərbaycanın Omana yeni səfir təyin etməsi də siyasi əlaqələrin inkişafının göstəricisidir".

Qeyd edək ki, ötən ayın sonlarında Azərbaycanın Omandakı Səfirliyinin inzibati binasının rəsmi açılış mərasimi keçirilib. Mərasim Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Oman Sultanlığına rəsmi səfəri çərçivəsində baş tutub.

Son xəbərlər

Bütün Xəbər Lenti