Oljas Bektenov: Türk İnvestisiya Fondu yaxın zamanda fəaliyyətə başlayacaq

Xarici siyasət
  • 02 aprel, 2026
  • 11:40
Oljas Bektenov: Türk İnvestisiya Fondu yaxın zamanda fəaliyyətə başlayacaq

Türk İnvestisiya Fondu yaxın zamanda əməliyyat fəaliyyətinə başlayacaq.

"Report"un məlumatına görə, bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.

"Türk İnvestisiya Fondu ölkələrimizin iqtisadi inteqrasiyasının əsas alətlərindən biridir və yaxın zamanda öz əməliyyat fəaliyyətinə başlayacaq", - O.Bektenov qeyd edib.

Baş nazir, həmçinin bildirib ki, Türk Ticarət-Sənaye Palatalarının İttifaqının üçüncü assambleyası zamanı Qazaxıstan bu strukturun tam institusionallaşdırılması ilə bağlı təşəbbüs irəli sürüb:

"İttifaqın fəaliyyətini Türk İnvestisiya Fondunun işinə inteqrasiya etməyi zəruri hesab edirəm, bu, həmin iqtisadi institutlar arasında səmərəli qarşılıqlı əlaqəni təmin etməyə imkan verəcək".

44 filmi