Oleksiy Kuleba: Ukraynaya dörd müharibə ili ərzində infrastruktur baxımından 95 milyard dollarlıq zərər dəyib

Xarici siyasət
  • 18 may, 2026
  • 17:08
Oleksiy Kuleba: Ukraynaya dörd müharibə ili ərzində infrastruktur baxımından 95 milyard dollarlıq zərər dəyib

Ukrayna və Azərbaycan dayanıqlılığın və güclü infrastrukturun, müasir şəhər inkişafının dəyərini başa düşür.

"Report" xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba Bakıda keçirilən WUF13 çərçivəsində baş tutan Liderlər Sammitində çıxışı zamanı deyib.

O deyib ki, bu kimi müzakirənin Bakıda aparılması çox önəmlidir.

"Ukrayna 4 ildir ki, müharibə içərisindədir. Son qiymətləndirmələrə görə, Ukraynaya infrasturktur baxımından 95 milyard dollarlıq zərər dəyib", - o deyib.

O. Kulebanın sözlərinə görə, Ukrayna inklüzivlik və dayanıqlıq prinsipini dəstəkləyir:

"Müharibə veteranları, əlillər, ümumiyyətlə, bütün insanlar üçün əlçatanlılıq anlayışı vacibdir. Bizim üçün insanyönümlü dizayn prioritetdir".