Oleksiy Kuleba Bakıda Ümumdünya Şəhərsalma Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib

Xarici siyasət
  • 18 may, 2026
  • 18:05
Oleksiy Kuleba Bakıda Ümumdünya Şəhərsalma Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib

Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba ölkəsinin dəstəklənməsinə və Ukrayna pavilyonunun təşkilində göstərilən köməyə görə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkilatçılarına və Azərbaycana minnətdarlığını bildirib.

"Report"un məlumatına görə, Kuleba bunu WUF13 çərçivəsində keçirilən mətbuat konfransında bəyan edib.

"Forumun təşkilatçılarına və Azərbaycan Respublikasına səmimi minnətdarlığımı bildirmək istərdim. Bu, möhtəşəm idi. Bakı, Ukraynaya dəstəyə görə çox sağ olun. Və əlbəttə, Ukrayna pavilyonunun yaradılmasında köməyini əsirgəməyən hər kəsə şəxsən təşəkkür etmək istərdim", - O. Kuleba qeyd edib.

Onun sözlərinə görə, Ukrayna üçün WUF13-də iştirak tarixi an olub, çünki ölkə ilk dəfə öz milli pavilyonunu forum məkanında təqdim edib.

44 filmi