Muxtar Babayev: İqlim həftəsi iqtisadiyyatın da dəyişməsinə təkan verəcək
- 07 sentyabr, 2026
- 10:09
Yeniliklərdən dərhal xəbərdar olun!
İqlim həftəsi iqtisadiyyatın və iqlim məsələlərinin dəyişməsinə təkan verəcək.
"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən Dördüncü İqlim Həftəsi çərçivəsində "Enerji Keçidi, İqlim Maliyyələşməsi və Sənaye Karbonsuzlaşdırılması" mövzusuna həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, 141 ölkədən 2533 nümayəndənin qatıldığı iqlim həftəsi ümumilikdə iqtisadiyyatın və iqlim məsələlərinin dəyişməsinə təkan verəcək:
"Dünyada yanğınlar, qida, səhiyyə problemləri artır və bunların hamısının səbəbi iqlim dəyişməsidir. Xüsusilə kiçik ada dövlətləri üçün bu problemlər daha aktualdır. Son zamanlarda dünyada baş verən su daşqınları və fəlakətlər 2 milyon həyatın tələf olmasına səbəb olub".
M.Babayev iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində Xəzər dənizi ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb:
"Resursları paylaşmalıyıq. Azərbaycan üçün iqlim gündəmi həm də siyasi əhəmiyyət daşıyır. COP29 göstərdi ki, Azərbaycan bu məsələlərə həssas yanaşır və problemlərin həlli üçün çalışır".