Nazir: Qazaxıstan Azərbaycanla humanitar əməkdaşlığa xüsusi diqqət yetirir
- 11 mart, 2025
- 11:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan Azərbaycanla mədəni-humanitar əməkdaşlığa xüsusi diqqət yetirir.
“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu ölkənin Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu bu gün Astanada azərbaycanlı həmkarı Ceyhun Bayramovla brifinqdə bildirib.
"Biz Qazaxıstan və Azərbaycanın kütləvi informasiya vasitələrinin iki ölkənin ərazisində yayımının genişləndirilməsi yollarını müzakirə etdik. Mədəni-humanitar sahəyə xüsusi diqqət yetiririk. Son iki ildə Qazaxıstan və Azərbaycanın keçirdiyi mədəniyyət günləri xalqlarımızın bir-birinin mənəvi-tarixi irsi ilə tanış olmasına kömək edib", - o qeyd edib.
Təhsil sahəsində əməkdaşlığın praktiki məzmun qazandığını vurğulayan XİN başçısı Qazaxıstanda 222 azərbaycanlı, Azərbaycanda isə 72 qazaxıstanlı tələbənin təhsil aldığını bildirib.