Nunyes: Gecəqonduların modernləşdirilməsi iqlim zərurətidir
- 21 may, 2026
- 14:36
Qeyri-rəsmi yaşayış məskənlərinin modernləşdirilməsi iqlim yükünü əhəmiyyətli dərəcədə azalda bilər.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutunun (IIED) tədqiqatçısı Paula Sevilya Nunyes Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsindəki tədbirdə çıxış edərkən bildirib.
O qeyd edib ki, insanların məcburi şəkildə köçürülməsi iqlim risklərini artırır və iqlim dəyişikliyinə uyğunlaşma səylərinə zərbə vuraraq, faktiki olaraq istixana qazı emissiyalarının əlavə mənbəyinə çevrilir: "Məcburi köçürmələr təkcə insan hüquqlarının pozulması deyil, həm də iqlim dəyişikliyinə uyğunlaşma səyləri üçün bir maneədir".
P.Nunesin sözlərinə görə, bu məlumatlar iqlim siyasətində nəzərə alınmalı, mövcud yaşayış məntəqələrinin modernləşdirilməsi isə iqlim prioriteti kimi nəzərdən keçirilməlidir.