Dunkan Norman: Britaniya Azərbaycanla müdafiə sahəsində tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 26 iyun, 2026
- 11:31
Yeniliklərdən dərhal xəbərdar olun!
London Bakı ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dunkan Norman "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib, həyatını Azərbaycanın müdafiəsinə həsr etmiş insanların xatirəsini ehtiramla yad etdim. Böyük Britaniya Azərbaycanla müdafiə sahəsində inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir və tərəfdaşlığımızı daha da gücləndirməkdə qərarlıdır", - diplomat qeyd edib.
🇦🇿 Silahlı Qüvvələri Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib, həyatını 🇦🇿 müdafiəsinə həsr etmiş insanların xatirəsini ehtiramla yad etdim. 🇬🇧 🇦🇿-la müdafiə sahəsində inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir və tərəfdaşlığımızı daha da gücləndirməkdə qərarlıdır. pic.twitter.com/xatg1uWbNY
— Duncan Norman (@DNormanFCDO) June 26, 2026