Nigar Arpadarai: Bakı iqlim həlləri mövzusunda mərkəzlərdən birinə çevrilib

Xarici siyasət
  • 07 sentyabr, 2026
  • 09:54
Nigar Arpadarai: Bakı iqlim həlləri mövzusunda mərkəzlərdən birinə çevrilib

Bakı iqlim həlləri mövzusunda mərkəzlərdən birinə çevrilib.

"Report"un məlumatına görə, bunu COP29-un Yüksəksəviyyəli Çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai "Bakı İqlim Həftəsi 2026"nın açılış nitqində deyib.

Onun sözlərinə görə, iki il öncə Bakı dünyanın diqqət mərkəzində idi:

"Beləliklə, COP29-dan sonra Bakı qlobal iqlim müzakirəsində öz yerini təyin edib. Bakı İqlim Həftəsi də eyni ruhda keçirilməkdədir. Ötən il İqlim Həftəsində 3000-dən çox iştirakçı vardı, bu il bu say bir az da çoxdur. Həftə çərçivəsində karbon bazarları, bərpa olunan enerji, şəhərlərin gələcəyi və digər mövzularda yüksəksəviyyəli müzakirələr keçiriləcək".

Nigar Arpadarai bildirib ki, İqlim Həftəsindən sonra bütün diqqətlər COP31-ə yönələcək:

"Mən bütün iştirakçıları fəal olmağa, iqlim həlləri mövzusunda müzakirələrdə iştirak edib həllər tapmağa dəvət edirəm".